
"Sovet-Alman müharibəsi zamanı şəhərlərin müdafiəsi ilə bağlı medallar təsis edilmişdi. Kiyevin, Leninqradın, Stalinqradın, Moskvanın, Odessanın müdafiəsinə görə medalları həmin şəhərlərin müdafiəsində iştirak edən bütün hərbçilərə verilirdi. Azərbaycanda İkinci Qarabağ müharibəsindən sonra Suqovuşanın, Cəbrayılın, Şuşanın azad olunmasına görə və s. medallar təsis edildi və öyüşlərdə iştirak edənlər təltif edildilər. Hesab edirəm ki, Fikrimcə, Ağdamın, Kəlbəcərin, Fizulinin, Laçının müdafiəsinə görə medallarının təsis olunaraq həmin müdafidə iştirak edən, döyüşənlərə təqdim edilməsi çox yaxşı olardı".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov səsləndirib. O deyib ki, Birinci Qarabağ savaşında kimlər nə oyunlar oynayıb, hansı intriqalarda iştirak edib bunların cəbhədə, səngərdə düşmənlə üz-üzə, göz-gözə dayanan, öz müqəddəs vəzifəsini şərəflə yerinə yetirən əsgərə aidiyyatı olmayıb:
"Onların qəhrəmanlıqları və şücaəti olmasaydı dişinəcən silahlanan və Rusiyanın hər cür dəstəyini alan düşmən daha çox ərazilərimizi işğal edə bilərdi. Məncə, Birinci Qarabağ müharibəsinin Qəhrəmanları da orden və medallara layiqdirlər. Ümid edirəm ki, dövlətimiz bu istiqamətdə addım ataraq, gərəyini edəcək.".
Anar Əliyev












































