
Özbəkistanda fövqəladə hallara hazırlıqla bağlı yeni sistem yaradılacaq.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb.
Bildirilib ki, Prezident Şavkat Mirziyoyev təqdimatda fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Məlumat verilib ki, sahə üzrə 30-dan çox qanunvericilik aktı qəbul edilsə də, hələ də fövqəladə hallardan mühafizə ilə bağlı kompleks proqram yoxdur. 16 il əvvəl qəbul edilmiş “Yanğın təhlükəsizliyi haqqında” qanun da köhnəlib.
Ona görə də fövqəladə halları əvvəlcədən qiymətləndirən, operativ və fəal işləyən sistemin yaradılması vəzifəsi qarşıya qoyulub. Təqdimatda rəsmilər aparılan təhlillərin nəticələrini, mövcud problemləri və bununla bağlı təkliflərini açıqlayıblar.
Hazırda fövqəladə halların qarşısının alınması üzrə profilaktik işlər əsasən dövlət qurumlarında aparılır. Lakin belə halların 70 faizindən çoxu məişətlərdə nasaz, istismar müddəti bitmiş qaz və elektrik avadanlıqlarından istifadə, təhlükəsizlik mədəniyyətinə riayət edilməməsi səbəbindən baş verir.
Süleyman