Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həmas və İsraildən danışıqları başa çatdırmaq tələb olunur

Həmas və İsraildən danışıqları başa çatdırmaq tələb olunur


Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında danışıqlarda vasitəçilər Qəzza zolağında münaqişənin həlli üzrə məsləhətləşmələrin oktyabrın 10-dan gec olmayaraq başa çatdırılmasını tələb ediblər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Həmasdakı yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.

"Vasitəçilər Fələstin və İsrail nümayəndə heyətlərindən danışıqların tamamlanması üçün son tarix kimi cümə gününü təyin etməyi tələb etdilər", - deyə kanalın adının açıqlanmasını istəməyən mənbə iddia edir.

Qeyd edək ki, İsrailin Qəzzaya qarşı əməliyyatları 2023-cü ilin oktyabrından başlayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş