
Moskva vilayətində mindən çox mağaza alkoqollu içkilərin satışını dayandırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Moskva Vilayət Dumasının Aqrar Siyasət və İstehlak Bazarı Komitəsinin sədri Sergey Kerselyan Moskva Vilayət Dumasının Teleqram kanalında məlumat verib.
"Sentyabrın 1-dən yalnız girişi küçəyə baxan və yolun kənarından 30 metrdən çox olmayan çoxmənzilli binalardakı mağazalar alkoqollu içkilərin pərakəndə satışına lisenziya ala bilər. Qanun qüvvəyə minəndən bəri çoxmənzilli binalarda 1030-a yaxın mağaza spirtli içkilərin satışını dayandırıb. Bunlar, ilk növbədə, alkoqollu içkilərin satışını lisenziyasız satan mağazalardır",-deyə açıqlamada bildirilib.
Kerselyan xatırladıb ki, sentyabrın 1-dən çoxmənzilli binalarda iaşə obyektləri üçün də yeni qaydalar müəyyən edilib. Gecələr orada spirtli içkilərin satışı qadağandır. İstisna yalnız restoranlar üçündür.
Mehman Mehdiyev












































