
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 183,3 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 16,3 faiz və ya 25,7 milyon manat çoxdur.
Newscenter.az Xidmətə istinadən bildirir ki, qeyri-dövlət sektorundan daxilolmalar 128,2 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 24,4 milyon manat və ya 23,5 faiz artıb. Ödənilən vergilərin 69,9 faizi qeyri-dövlət sektorunun, 30,1 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 3,3 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 9,3 faiz artıb və 22,4 milyon manatdan artıq təşkil edib.
Süleyman