Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistana qaz ixracı artıb

Özbəkistana qaz ixracı artıb


Rusiya qazının Özbəkistan, Qazaxıstan və Qırğızıstana tədarükü 2025-ci ilin 8 ayı ərzində 15% artıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu “Qazprom”un baş direktoru Aleksey Miller bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiyada iqtisadiyyat sürətlə inkişaf edir və yaxın 5-6 ildə 60%-ə qədər artım proqnozlaşdırılır. Bu, enerjiyə, o cümlədən təbii qaza tələbatın artmasına səbəb olacaq.

"Biz 2025-ci ilin ilk səkkiz ayının nəticələrini 2024-cü ilin eyni dövrü ilə müqayisə etdik. Rusiyadan Mərkəzi Asiyaya, yəni Özbəkistan, Qırğızıstan və Qazaxıstana nəql olunan qazın həcmi 15 faiz artıb. Bu, böyük məbləğdir", - deyə Miller bildirib.

O qeyd edib ki, “Sibirin Gücü-2” meqalayihəsi çərçivəsində təşəbbüslər bu regionlara qaz nəqlinin həcminin daha da artırılmasında mühüm amil olacaq:

"Ekspertlərin hesablamalarına görə, yaxın 5 ildə Çində qaz istehlakının 45 faiz artaraq ildə 618 milyard kubmetrə çatacağı gözlənilir".

Süleyman
Xəbəri paylaş