Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxstanlıların 53,2%-i yaşayış şəraitindən razıdır

Qazaxstanlıların 53,2%-i yaşayış şəraitindən razıdır


Qazaxıstanlıların 53,2 faizi yaşayış şəraitindən razı, 46,3 faizi isə qismən razıdır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Milli Statistika Bürosu bu barədə məlumat yayıb.

Qurumun apardığı rəy sorğusunun nəticələrinə görə, kənd yerlərində daha çox, 65,4 faiz insan öz həyatından razıdır.

2024-cü ildə aparılan sorğu ilə müqayisədə vətəndaşların yaşayış şəraitindən məmnunluq səviyyəsi 2025-ci ildə 52,5%-dən 53,2%-ə yüksəlib.

Respondentlərin 51%-i sağlamlıqlarından razı olduğunu, 46,4%-i qismən razı olduğunu bildirib. Ötən illə müqayisədə əhalinin sağlamlığından razılıq səviyyəsi 1,5 faiz bənd artıb.

Mehman Mehdiyev
Xəbəri paylaş