Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərnişin avtobusu qəzaya uğradı, 10-dan çox yaralı var

Sərnişin avtobusu qəzaya uğradı, 10-dan çox yaralı var


Türkiyədə sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Şirnak vilayətində qeydə alınıb.

Belə ki, Şırnakın Uludere rayonunda mikroavtobus və yüngül ticari avtomobil toqquşub. Qəza nəticəsində ikisi ağır olmaqla 11 nəfər xəsarət alıb. Avtomobillər rayonun Ortabağ və Ortasu kəndləri arasında toqquşub.

Dərhal hadisə yerinə 112 Təcili Tibbi Yardım, jandarma, xilasetmə və AFAD qrupları sövq edilib.

Qəzada yaralananlardan bəziləri təcili tibbi yardım briqadalarının köməyi ilə sıxışmış avtomobillərindən çıxarılıb. Yaralılar təcili yardımla Uludere Dövlət Xəstəxanasına aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş