Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dövlətləri üçün tarixi fürsət

Türk dövlətləri üçün tarixi fürsət


Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qəbələdə keçirilən XII Zirvə Görüşü məzmun və mahiyyət etibarilə əhəmiyyətli hadisədir. Siyasi proseslər çox sürətlə inkişaf edir. Yeni yanaşmalar, yeni mexanizmlər köhnə nizamı əvəzləyir. Bu təbi prosesdir. Dünya ötən əsrdə qurulan sistem üzərindən əbədi olaraq idarə oluna bilməz. Bu praktik olaraq mümkün deyil. Məhz bu səbəbdən yeni nizam formalaşır və biz türk olaraq, vahid türk ailəsinin bu yeni düzəndə ən yüksək mövqelərin birində qərarlaşmasına nail olmalıyıq. Ayrı-ayrılıqda buna nail olmaq olduqca çətindir. Birliyimiz şərt və zərurətdir.
Bu mənada, Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışına xüsusi olaraq diqqət etmək lazımdır. Dövlət başçısının nitqi ən kiçik detalına qədər düşünülmüş strateji təşəbbüslər məcmusu idi. Ən əsası birgə hərbi təlimlərin keçirilməsi ideyasının səsləndirilməsi TDT - nın vahid blok kimi formalaşaraq fraqmental siyasi sistemin təhdidlərinə qarşı birgə reaksiya verməsinin zəruriliyini önə çəkdi.
Artıq Cənubi Qafqaz və Türkistan (Mərkəzi Asiya) xəttində yeni geosiyasi reallıqlar formalaşıb. Bölgəmiz böyük güclərin, xüsusilə, Qərb blokunun diqqət mərkəzindədir və burada hər iki region artıq bir vahid məkan kimi qiymətləndirilir. Çünki coğrafi mövqe bunu şərtləndirir. Yəni, Orta Asiyanın çıxış qapısı Cənubi Qafqazdır və oranın resurslarından faydalanmaq istəyən istənilən Qərb ölkəsinin keçəcəyi maşurt bəllidir, alternativsizdir. Bu faktor Türk dövlətləri üçün tarixi fürsətdir. Perspektivləri addım - addım reallığa çevirmək lazımdır. Azərbaycan nəqliyyat-kommunikasiya imkanlarını genişləndirməklə mövcud potensialı işlək mexanizmə çevirir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin istər iqtisadi, istərsə də insan resursları kifayət qədərdir. Bu üstünlüklərdən təşkilatın qlobal arenada yeni bir güc mərkəzi kimi formalaşmasında istifadə etmək lazımdır.
Siyasi şərhçi Pərviz Mirizadə
Xəbəri paylaş