Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin qonşu ölkələrə ixracatı 20,3 milyard dollara çatıb

Türkiyənin qonşu ölkələrə ixracatı 20,3 milyard dollara çatıb


Türkiyənin qonşu ölkələrlə ixracatı 9 ayda 20,3 milyard dollara çatıb.

Newscenter.az Türkiyənin Ticarət Nazirliyinə istinadən bildirir ki, Ankaranın Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana ixracatı yanvar-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artıb. Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana 20,292 milyard dollarlıq ixrac həyata keçirilib. 2024-cü ilin eyni dövründə bu məbləğ 19,6 milyard dollar olub.

İlin ilk 9 ayında ixracat keçən ilin eyni dövrünə görə 4,1 faiz artaraq 200,6 milyard dollara çatıb.

Türkiyənin ən böyük ixracat istiqaməti təxminən 7,4 milyard dollarla İraq olub. Bunu 3,4 milyard dollarla Bolqarıstan, 2,7 milyard dollarla Yunanıstan, 1,8 milyard dollarla Gürcüstan izləyib.

Mehman Mehdiyev
Xəbəri paylaş