Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ümid edirəm ki, artıq Rusiya səhvlərini anlayır

Ümid edirəm ki, artıq Rusiya səhvlərini anlayır


Tacikistanda MDB Dövlət Başçıları Şurasının iclası keçirilir. İclasda iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu ölkəyə səfərə gedib. Bu ərəfədə Kremlin mətbuat xidməti Tacikistanda Azərbaycan və Rusiya liderlərinin görüşəcəyini açıqlayıb.

Newscenter.az xəbər verir ki, nəzərdə tutulan görüş barədə fikirlərini bölüşən "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı bunları deyib:

"Rusiya Cənubi Qafqazda Azərbaycanın real gücünü, nüfuzunu anlamalıdır. Hər nə qədər Kreml rəhbərliyi bu reallığı qəbul etməkdə çətinlik çəksə və qısqanclıqdan dolayı qəbul etməyə maraqlı olmasa da, Moskva buna məcburdur. Çünki Cənubi Qafqazda hansısa maraqları qorumaq, regionda bu və ya digər dərəcədə varlığını saxlamağın açarının Azərbaycan olduğu reallığı təkcə Rusiya deyil, elə dünyada da anlayırlar. Ona görə də dünya dövlətləri yerləşdiyimiz coğrafiyada əməkdaşlıq məsələlərində daha çox Bakıya üstünlük verirlər".

Arzuman Muradlı deyib ki, Rusiya Azərbaycanla münasibətləri əvvəlki səviyyəyə gətirmək, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək istəyirsə, o halda Bakı ilə təzyiq, hansısa formada cəza tədbirləri tətbiq etmək siyasətindən əl çəkməlidir:

"Azərbaycan hər zaman yaxın-uzaq qonşuları ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olub. Bir şərtlə ki, ölkəmizin apardığı siyasətə, ortaya qoyduğu prinsipial mövqeyə və siyasi iradəyə də qarşılıqlı şəkildə hörmətlə yanaşılsın. Lakin təəssüflər olsun ki, son aylarda şimal qonşumuzdan bunu görməmişik. Ümid edirəm ki, artıq Rusiya səhvlərini anlayır".

Süleyman
Xəbəri paylaş