Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəsul Quliyevin ailə üzvləri Azərbaycana gəlib

Rəsul Quliyevin ailə üzvləri Azərbaycana gəlib


Eks-spiker Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra Azərbaycana gəlib.

Newscenter.az xəbər verir ki, Rəsul Quliyevin ailə üzvlərinin səfəri Fəxri Xiyabanı ziyarətlə başlayıb.

Müstəqil Azərbaycanın qorunub-saxlanılmasında, güclənməsində müstəsna xidmətləri olmuş mərhum Prezident Heydər Əliyevin, həyat yoldaşı görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və digər görkəmli dövlət xadimlərinin, ziyalıların məzarları ziyarət edilib.

Ardınca bizlərə məğrurluq, qürur, iftixar və qələbə hisslərini yaşatmış müqəddəs şəhidlərimizin əziz xatirəsininyad etmək üçün Şəhidlər Xiyabanı ziyarət olunub.

Səfər barədə təəssüratlarını bölüşən Hanna Rəsul Bağırova bunları qeyd edib:

"Çox xoşbəxtəm. Bakımızı 30 ildən sonra kəşf etmək, həyata keçirilmiş quruculuq, abadlıq işləri ilə tanış olmaq, paytaxtımızı müasir və inkişaf etmiş görmək çox qürurvericidir.

Deməliyəm ki, dünyanın ən məşhur paytaxt şəhərlərində olmuşuq, lakin bizim paytaxtımız təkcə təmizliyi ilə deyil, zövq və gözəlliyi ilə də onların hamısından öndədir.

Başda müzəffər Ali baş komandan, Prezident İlham Əliyev olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq.

Hər bir azərbaycanlı kimi fəxr edirik ki, biz azərbaycanlıyıq".

Məlum səfərlə bağlı fikirlərini bölüşən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib ki, səfər proqramı zəngindir:

“İrəlidə müzəffər Ali Baş Komandanımız İlham Əliyevin azad etdiyi Qarabağ torpaqlarını ziyarət etmək və digər önəmli görüşlər və tədbirlər var. Heç şübhəsiz ki, məlum səfər ölkəmizdə 2020-ci ildə təməli qoyulmuş və artıq uzun illərdir davam edən sağlam iqtidar-müxalifət münasibətinin, aparılan uğurlu siyasi dialoqun bariz nümunəsidir. Öz adımdan, rəhbərlik etdiyim partiya adından başda cənab Prezident İlham Əliyev, çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildirirəm”.

Süleyman
Xəbəri paylaş