Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib


"Seriallar artıq sadəcə əyləncə yox, cəmiyyətin şüuruna təsir edən silaha çevrilib. Türkiyə istehsalı olan tarixi serialları çıxmaq şərtilə, digər serialları ekranlarda ailə yox, intriqa, sədaqət yox, xəyanət, dəyər yox, saxta parıltı təbliğ edir".

Newscenter.az xəbər verir ki, bunları Gənclərin Töhfəsi ictimai birliyinin sədri Asim Vəliyev səsləndirib. O deyib ki, zəngin həyat, “sevgili ovu”, yalan münasibətlər xoşbəxtliyin açarı kimi təqdim edilir:

"Ən qorxulusu odur ki, bu saxta həyatın imitasiyası artıq bizim cəmiyyətimizdə də baş verir. Gənclər ekrandakı münasibətləri gerçək sayır. Ailələr isə o “ekran modellərinin” təzyiqi altında parçalanır. Qadınlar serial qəhrəmanlarına, kişilər isə o saxta “ideal obrazlara” bənzəməyə çalışır. Nəticədə reallıqla yalan arasında sərhəd silinir".

Asim Vəliyev qeyd edib ki, ənənə, ailə, sevgi, sədaqət kimi dəyərlərin hamısı reytinqin qurbanına çevrilir:

"Ekranlarda gördüyümüz zəhər, artıq küçələrdə, münasibətlərdə, ailələrdə dolaşır. Bu cür seriallar qadağan edilməli və ciddi nəzarət altına alınmalıdır. Çünki bir millətin dəyərləri bir gün ekran qarşısında, səssiz-səmirsiz şəkildə məhv olur. Biz sadəcə baxırıq".

Süleyman
Xəbəri paylaş