
Həmas Qəzzadakı daha 13 israilli məhbusu Qırmızı Xaça təhvil verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, beləliklə sağ qalan 20 israilli məhbusun hamısını azad edilib.
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Həmas İsrailli məhbusları Qəzza zolağının cənubundakı Xan Yunisdə Qırmızı Xaç təşkilatına təhvil verib.
İsrail ordusu məhbusların Qırmızı Xaç tərəfindən götürüldüyünü və sərhədi keçdiyini açıqlayıb.
Mehman Mehdiyev












































