
Özbəkistanda apteklərdə reseptlə satılan dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı cəzalar sərtləşdirilir.
Newscenter.az uze.uz xəbər portalına istinadən bildirir ki, buna səbəb reseptlə satılan dərmanların qeyri-qanuni dövriyyəsinin ildən-ilə artmasıdır. Mövcud cəza növlərinin yüngüllüyü və cərimələrin azlığı bu növ pozuntuların artmasına səbəb olur.
Statistikaya görə, 2021-2024-cü illərdə dərmandan zəhərlənənlərin sayı 18 min 87 nəfər olub. 177 halda isə bir nəfərin ölümü baş verib. Həmçinin, 2022-2024-cü illərdə və 2025-ci ilin 5 ayında 288 halda 285 min reseptlə yazılan 18 milyard manatlıq dərman vasitəsinin qanunsuz dövriyyəsi dayandırılıb. 2024-cü ildə belə hallar 2022-ci illə müqayisədə 3 dəfə artıb. Aşkar edilmiş halların 80%-ni güclü təsir göstərən dərmanlar təşkil edib.
Süleyman