Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu dialoq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması baxımından faydalıdır

Bu dialoq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması baxımından faydalıdır



Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda görüşdükdən və sülh sazişini parafladıqdan sonrakı iki ay ərzində 4 dəfə görüşüb fikir mübadiləsi aparmaq imkanı qazanıblar. İki ölkənin lideri Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Siyasi Birliyi, Müstəqil Dövlətlər Birliyi və Misirdə Yaxın Şərq Sülh Sammitində iştirak ediblər və fürsətdən istifadə edərək fikir mübadiləsi aparıblar. İlin sonuna qədər iki liderin digər tədbirlərdə iştirakı da mümkündür və bu onlara fikii mübadiləsini davam etdirmək imkanı yaradır. Bu dialoq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması baxımından faydalıdır. Erməni radikallar Nikol Paşinyanın İlham Əliyevlə artan təmaslarından narahat olsalar da, buna qarşı arqumentləri yoxdur, çünki “bu görüşlər Ermənistanın maraqlarına ziddir” kimi məntiqsiz açıqlamaların onların işinə yaramayacağını anlayırlar.

Elxan Şahinoğlu, politoloq
Xəbəri paylaş