
Çinin Rusiya ilə ticarət dövriyyəsi azalıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi (GAC) məlumat verib, Məlumata görə, yanvar-sentyabr aylarında Çin-Rusiya ticarətinin həcmi illik müqayisədə 9,4% azalaraq 163,62 milyard dollar təşkil edib.
Nəşr edilmiş məlumatlar göstərir ki, Çinin Rusiyaya ixracı hesabat dövründə 11,3% azalaraq 73,57 milyard dollar təşkil edib. Rusiya da öz növbəsində Çinə daşımalarını 7,7% azaldaraq 90,05 milyard dollara çatdırıb.
Mehman Mehdiyev












































