
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı törədilən terror aktının qarşısını alıb.
Newscenter.az xəbər verir ki, bu barədə Rusiya FSB-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, terror aktını “İslam Dövləti” terror qruplaşması ilə birlikdə Ukrayna xüsusi təyinatlıları hazırlayıb.
Dörd nəfər həbs edilib. Onların arasında planlaşdırılan cinayətin izini ört-basdır etməkdə iştirak edən 3 rusiyalı və terror aktının icraçısı olması ehtimal edilən orta asiyalı da var.
Rusiya FSB-nin məlumatına görə, terror aktını törədən şəxsi Rusiya və Özbəkistan tərəfindən axtarışda olan “İslam Dövləti”nin üzvü Səidəkbər Qulyamov himayə edib.
Anar Əliyev












































