
Türkiyənin ümumi toyuq əti istehsalı avqust ayında keçən ilin eyni ayına nisbətən 7,2 faiz artaraq 229 min 965 tona, toyuq yumurtası istehsalı isə 7,1 faiz azalaraq 1 milyon 679 milyon 277 min ədədə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Müvafiq olaraq, avqust ayında 229 min 965 ton toyuq əti istehsal olunub. İstehsal illik müqayisədə 7,2 faiz artsa da, aylıq 4,1 faiz azalıb.
Toyuq yumurtası istehsalı avqust ayında bir aya görə 3,4 faiz artsa da, keçən ilin eyni ayına görə yüzdə 7,1 azalıb. Bu dövrdə 1 milyon 679 milyon 277 min ədəd toyuq yumurtası istehsal olunub.
Hesabat dövründə kəsilən toyuqların sayı illik müqayisədə 6,7 faiz artaraq 126 milyon 656 min başa çatıb.
Yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə toyuq yumurtası istehsalı 9,3 faiz azalıb, kəsilən toyuqların sayı 10,8 faiz, toyuq əti istehsalı isə 13,5 faiz artıb.
Anar Əliyev










































