Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalıda ağacəkmə aksiyası keçirilib

Xocalıda ağacəkmə aksiyası keçirilib


Xocalı rayonunun Ballıca kəndində ağacəkmə aksiyası baş tutub.

Newscenter.az-ın məlumatına görə, "Report"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, Zəfərin 5 illiyinə həsr edilmiş "Mənəvi dəyərlər" həftəsi çərçivəsində Qarabağa səfər edənlərin iştirakı ilə Xocalı rayonunun Ballıca kəndində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Ballca-Vəngli yolunun sağ istiqamətində ayrılan xüsusi sahədə müxtəlif növ ağaclar əkilib.

Qeyd edək ki, sözügedən layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Xəbəri paylaş