Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocavənddə odlu silah-sursat satmaq istəyən saxlanılıb

Xocavənddə odlu silah-sursat satmaq istəyən saxlanılıb


Xocavənd rayonunun Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov şübhəli şəxs qismində saxlanılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onun yaşadığı evdən 2 "Kalaşnikov" avtomatı, 1 "İJ" markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb.

Araşdırmalarla R.Salahovun qanunsuz saxladığı odlu silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işlərində çalışan zamanı tapdığı, sonradan satış məqsədilə yaşadığı evdə gizlətdiyi müəyyən edilib.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş