Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiyaya səfər edən özbəklərin sayı artıb

Yaponiyaya səfər edən özbəklərin sayı artıb


2025-ci ilin yanvar-iyul aylarında Yaponiyaya turizm məqsədilə səfər edən özbəklərin sayı xeyli artıb. Yaponiyaya ümumilikdə 1,7 min özbək səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, artım tempi diqqət çəkir. Çünki 2024-cü ilin ilk yeddi ayında bu rəqəm cəmi 663 nəfər artıb. Bu da öz növbəsində Yaponiyaya tələbatın və marağın artmasından xəbər verir.

Yaponiyaya turizm məqsədilə səfər edənlərin sayı 1407 nəfər təşkil edib.

Mehman Mehdiyev
Xəbəri paylaş