
Gələn ilin martında Almatıdan Tokioya birbaşa uçuşlar həyata keçiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Almatı şəhər administrasiyası məlumat yayıb.
Uçuşları “Air Astana” həyata keçirəcək. İlk ildə Qazaxıstana 7000-ə qədər yaponun səfər edəcəyi gözlənilir.
"Yeni reys Qazaxıstan və Yaponiya arasında əlaqələrin möhkəmləndirilməsində və turizmin inkişafında mühüm addım olacaq",-deyə Almatı şəhər administrasiyası bildirib.
Mehman Mehdiyev