Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbi Sahara nizamlanmas müzakirə edilib

Qərbi Sahara nizamlanmas müzakirə edilib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə telefonla danışıb. Telefon danışığı zamanı Qərbi Sahara sülh prosesinə diqqət yetirilməklə, Rusiyanın sədrliyi fonunda Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə BMT Təhlükəsizlik Şurasının işi müzakirə edilib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Nazirlər Rusiya və Əlcəzair arasında dərin strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üzrə prioritet vəzifələri müzakirə ediblər", - Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

Hər iki tərəf müxtəlif çoxtərəfli forumlarda, ilk növbədə, BMT-də etimadlı siyasi dialoqun və etibarlı qarşılıqlı fəaliyyətin yüksək səviyyəsindən məmnunluq ifadə edib.

Mehman Mehdiyev
Xəbəri paylaş