Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəzaçəkmə müəssisələrinə narkotikin ötürülməsi hansı cəzanı nəzərdə tutur?

Cəzaçəkmə müəssisələrinə narkotikin ötürülməsi hansı cəzanı nəzərdə tutur?


Son vaxtlar cəzaçəkmə müəssisıələrinə məhbus yaxınları üçün narkotik vasitələrin keçirilməsi kimi hallara tez-tez rast gəlinir. Bu problemə qarşı mübarizə aparılsa da, lakin hələ də eyni hallar təkrar olunur. Bəs görəsən bu əmələ yol verənlər üçün hansı cəza müəyyən edilir.

Newscenter.az-ın xəbərinə görə, hüquqşünas Əli İbrahimov deyib ki, Ali Məhkəmənin Plenumunun Qərarı ilə məhkəmələrə cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərin narkotik vasitə və psixotrop maddələrlə bağlı əməllərinin hüquqi qiymətləndirilməsində maddələrin düzgün tətbiqinin mühüm əhəmiyyət kəsb etidyi aydın şəkildə ifadə olunub:

"Belə ki, əgər həmin şəxslər istehlak miqdarından artıq narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi olmadan əldə edir və saxlayırsa, yaxud bu maddələri istənilən miqdarda satış məqsədi ilə hazırlayır, saxlayır və ya daşıyırsa, bu cür əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və ya 234.4.3-cü maddələrinin tərkib əlamətlərinə uyğun gəlir və məhz həmin maddələrlə tövsif edilməlidir. Belə hallarda eyni əməllərin əlavə olaraq CM-in 317-2-ci maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur, çünki bu maddələrdə nəzərdə tutulan hüquqi məsuliyyət artıq 234-cü maddələrin tətbiqi ilə tam əhatə olunur.

Eyni zamanda, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə yalnız istehlak miqdarında və ya ondan az miqdarda narkotik vasitə və psixotrop maddə satış məqsədi olmadan ötürülərsə, yaxud həmin şəxslər belə miqdarda maddəni hazırlayır, saxlayır və ya gəzdirirlərsə, bu hallarda əməl yalnız CM-in 317-1 və 317-2-ci maddələri ilə tövsif olunmalıdır. Yəni bu cür əməllərin xarakteri məhz müəssisə rejiminin pozulması ilə bağlıdır və narkotik vasitənin dövriyyəsi kimi deyil, müəssisə daxilində qanunsuz hərəkət kimi qiymətləndirilməlidir".

Hüquqşünasın sözlərinə görə, əgər cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxslərə istehlak miqdarından artıq miqdarda narkotik vasitə və ya psixotrop maddə satış məqsədi olmadan ötürülürsə, yaxud bu maddələr satış məqsədilə istənilən miqdarda həmin şəxslərə çatdırılırsa, bu halda artıq cinayətlərin məcmusu prinsipi tətbiq edilməlidir:

"Belə vəziyyətdə əməl həm 317-1-ci maddə, həm də narkotik vasitənin və psixotrop maddənin ötürülmə məqsədindən və miqdarından asılı olaraq CM-in 234.1, 234.2 və ya 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Bu yanaşma bir tərəfdən cəzaçəkmə müəssisəsinin rejim qaydalarının pozulmasını, digər tərəfdən isə narkotik vasitələrin qanunsuz dövriyyəsini əhatə edir. Beləliklə, məhkəmələr bu kimi hallarda cinayətlərin hüquqi tərkibini dəqiq müəyyən etməli, eyni əməlin bir neçə maddə ilə əsassız şəkildə tövsif olunmasının qarşısını almalıdır".

Süleyman
Xəbəri paylaş