
"Cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində etdiyi çıxış ölkə elminin gələcək inkişafının konseptual əsaslarını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir".
Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, dövlət başçısının nitqinə əsaslanaraq onu demək olar ki, Azərbaycan süni intellekt, kibertəhlükəsizlik, müasir çağırışlara cavab verən hərbi saneye formalaşdırmaq istiqamətində strateji qərarlar qəbul edir:
"Təbii ki, süni intellekt, rəqamsal idarəetmə, kibertəhlükəsizlik kimi sahələr olmadan müasir idarəetməni təsəvvür etmək mümkün deyil. Bu səbəbdən görülən işlər məhz səmərəliliyi artırmaq üçün zəruridir".
Pərviz Mirizadə onu da vurğulayıb ki, mövcud hərbi-siyasi proseslər, müharibələr və reallıqlar hər keçən gün bizlərə hərbi saneye kompleksinin vacibliyini bir daha xatırladır:
"Azərbaycan kifayət qədər güclü, peşəkar və modernləşdirilmiş orduya malikdir. Bu gücü təmin etmək üçün yerli istehsal potensialının artırılması olduqca vacibdir. Paralel olaraq da, silah bazarı da rəqabətcil, müasir müharibə metodikalarına cavab verən sistemləri tələb edir və sevindirici haldır ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində qazanılan zəngin təcrübəni bu sahəyə uğurla transformasiya etməyi bacarır".
Süleyman











































