Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Çin sanksiyalara qarşı birgə mübarizə aparacaq

Rusiya və Çin sanksiyalara qarşı birgə mübarizə aparacaq


Rusiya və Çin sanksiyalara qarşı mübarizədə əməkdaşlığın və qarşılıqlı yardımın inkişafı üçün lazımi tədbirlər görməyə razılaşıblar.


Newscenter.az TASS-a istinadən bildirir ki, bu, Rusiya və Çin hökumət başçılarının 30-cu görüşünün yekunları üzrə qəbul edilmiş birgə kommünikedə öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, tərəflər birtərəfli məcburi tədbirlərə qarşı mübarizə sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın inkişafı üçün mümkün olan bütün səyləri göstərəcəklər.

Moskva və Pekin Böyük Avrasiya Tərəfdaşlığı və Bir Kəmər, Bir Yol Təşəbbüsünün paralel və əlaqələndirilmiş inkişafına kömək etmək, həmçinin Aİİ, ŞƏT, ASEAN və digər regional beynəlxalq təşkilatlar arasında dialoqu gücləndirmək üçün fəaliyyəti davam etdirəcəklər.


Tərəflər təsdiqləyir ki, hər hansı dövlət, qrup və ya dövlətlər birliyi tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrindən yayınmaqla həyata keçirilən birtərəfli məcburi tədbirlər BMT Nizamnaməsinə və beynəlxalq hüququn digər normalarına zidd olaraq qeyri-qanunidir.

Mehman Mehdiyev
Xəbəri paylaş