Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada idmançıları daşıyan avtobus qəzaya uğradı, ölənlər var

Rusiyada idmançıları daşıyan avtobus qəzaya uğradı, ölənlər var


Rusiyada idmançıları daşıyan avtobus qəzaya uğrayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Rostov vilayətində uşaq xokkey komandasını daşıyan mikroavtobus qəzaya törədib. Nəticədə iki nəfər həlak olub.

Bundan əvvəl isə sosial şəbəkələrdə Volqodonsk yaxınlığında iki avtomobil və uşaq xokkey komandasını daşıyan mikroavtobusun iştirakı ilə qəza baş verməsi ilə bağlı məlumat yayılıb.

"Bizdə bu məlumatın ilkin təsdiqi var. Vəziyyətlər araşdırılır. İki nəfərin ölümü hadisəsi qeydə alınıb. Onlar başqa avtomobillərdə olublar. Uşaqlar isə xəsarət almayıb", - deyə yerli polis bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş