Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Futbol klubunun məşqçisi oyun zamanı dünyasını dəyişib-FOTO

Futbol klubunun məşqçisi oyun zamanı dünyasını dəyişib-FOTO


Radniçki 1923 futbol komandasının baş məşqçisi Mladen Zizoviç Serbiya liqasının "Mladost"la səfər matçında oyun zamanı vəfat edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə jurnalist Aleksandar İliç X sosial media platformasında məlumat verib.

Baş məşqçinin halı matçın 22-ci dəqiqəsində pisləşib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Oyun qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, 44 yaşlı Zizoviç 2025-ci ildə "Radniçki 1923"ün baş məşqçisi vəzifəsinə keçib. O, əvvəllər Bosniyanın "Zrinjski", "Sloboda" və Albaniyanın "Şkupi" klublarını çalışdırıb.



Anar Əliyev
Xəbəri paylaş