
Xəzərin Qazaxıstana aid hissəsində suitilərin kütləvi şəkildə tələf olması faktı qeydə alınıb.
Newscenter.az "Sputnik Qazaxıstan"az istinadən bildirir ki, Qazaxıstanın Manqistau vilayətinin Ekologiya Departamentinin əməkdaşları Xəzər dənizinin Qazaxıstan sahillərində 112 suiti cəsədi aşkar ediblər.
Departamentin məlumatına görə, Xəzərdə suitilərin kütləvi şəkildə ölümü yeni deyil. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi 2023 və 2024-cü illərdə də anoloji hadisələrin baş verdiyini açıqlayıb.
Ekspertlər Xəzərdə suitilərin kütləvi tələf olmasını dənizin ekoloji cəhətdən pozulması ilə əlaqədar hesab edirlər.
Mehman Mehdiyev












































