Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mümkünsüzü mümkün edən Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan ordusu oldu

Mümkünsüzü mümkün edən Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan ordusu oldu


"27 sentyabr tarixindən 8 noyabradək hər gün bizim üçün zəfər, qələbə anı idi. 8 noyabr isə qələbəmizin son dayanacağı, ünvanı oldu. Şuşanın azad edildiyi gün. Əslində 8 noyabr Zəfər Günü həm də sonrakı müddətdə antiterror əməliyyatlarına gedən, ərazi bütövlüyümüzü tam bərpa edən proseslərə aparan yolun başlanğıcı idi".

Newscenter.az xəbər verir ki, bunları "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva deyib. O bildirib ki, 44 gün ərzində Azərbaycan Xalqı, Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu birlik nümayiş etdirdilər:

"Aparılan hərbi əməliyyatlar nəticəsində düşmənlərimizin mənfur planları məhv edilərək işğal altında olan ərazilərimiz rəşadətli ordumuz tərəfindən azad edildi. Mümkünsüzü mümkün edən Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan ordusu oldu.

Şəhidlik adlı uca zirvəyə yüksələn bütün şəhidlərimizi hörmət və ehtiramla anırıq.
Zəfərin mübarək, Azərbaycan".

Anar Əliyev
Xəbəri paylaş