Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Fərid Əhmədov Masallı şəhərində vətəndaşları qəbul edib

Nazir Fərid Əhmədov Masallı şəhərində vətəndaşları qəbul edib


Ədliyyə naziri Fərid Əhmədov 7 noyabr tarixində Masallı şəhərində vətəndaşları qəbul edib.

Newscenter.az xəbər verir ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından ümumilikdə 145 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Süleyman
Xəbəri paylaş