Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Bayrağı Günü sıradan bir bayram, təkcə bir simvolun qeyd edilməsi deyil

Dövlət Bayrağı Günü sıradan bir bayram, təkcə bir simvolun qeyd edilməsi deyil


“Artıq 26 ildir ki, rəsmi bayram kimi tarixiləşən Dövlət Bayrağı Günü son 5 ildə daha qürurla, fəxr hissi ilə qeyd edilir. Çünki 5 ildir ki, üçrəngli bayrağımız 30 ilə yaxın işğal altında olan şəhər və rayonlarımızda, bütün suveren ərazilərimizdə də dalğalanır”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri üçrəngli bayrağımızın yaranma tarixinə nəzər salaraq onun bizlərə Azərbaycan Xalq Cümhuriyyətinin ərmağanı olduğunu diqqətə çatdırıb. Arzuman Muradlı vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin hüququ varisi olduğunu qürurla bəyan edən Cənab Prezident İlham Əliyev onun dəyərlərinə, atributlarına, simvollarına böyük sayğı nümayiş etdirir, tarixiləşdirir:

“Bilyiniz kimi Dövlət Bayrağı Günü 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilib. O vaxtdan etibarən hər il 9 noyabr günü ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Əslində bu qərarın özü keçmişə hörmət, sayğı və dəyərin göstəricisidir. Çünki üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilmişdi”.

İctimai Birlik sədri qeyd edib ki, ölkədə bütün istqamətlərdə atılan müsbət addımlar, həyata keçirilən məqsədyönlü siyasət ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu kimi üçrəngli bayrağımızın yenidən xalqın yaddaşına həkk edilməsi, onun mili atributa çevrilməsində Ulu Öndərin əməyi əvəzsiz olub:

“Belə ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət atributları müəyyən edildi. Qəbul edilən qərarlara əsasən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) adından “Sovet Sosialist” sözləri çıxarılaraq Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı Naxçıvanın milli bayrağı kimi qəbul olundu. Beləliklə, 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti həmin bayrağı dövlət bayrağı kimi təsdiq etdi”.

Arzuman Muradlı diqqətə çatdırıb ki, bu gün qürurla qeyd etdiyimiz Dövlət Bayrağı Günü sıradan bir bayram, təkcə bir simvolun qeyd edilməsi deyil. Bu tarix bütöv bir xalqın azadlıq, müstəqillik və milli kimlik idealının təntənəsidir.

Süleyman
Xəbəri paylaş