
"Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın əsas qanunu olan ilk Konstitusiya qəbul edilmişdir. Konstitusiya bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin edən qanunumuzdur".
Newscenter.az xəbər verir ki, bunları "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib. İctimai birlik sədri qeyd edib ki, Azərbaycan dövləti bu gün müasir hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması istiqamətində inamla irəliləyir. Bunun əsasını isə məhz 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir:
"Üç onillik ərzində Konstitusiyamız xalqımızın müstəqillik ruhunu, dövlətimizin gücünü və milli ideallarımızı qoruyub. Onun 30 illiyi yalnız hüquqi deyil, həm də mənəvi bayramdır, xalqın öz dövlətinə, azadlığına və gələcəyinə olan inamının rəmzidir. Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq hamımız ona riayət etməyə borcluyuq!"
Süleyman












































