Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistan Banqladeşlə sərhəd yaxınlığında kəşfiyyat mərkəzi qurur

Hindistan Banqladeşlə sərhəd yaxınlığında kəşfiyyat mərkəzi qurur


Hindistan Banqladeşlə sərhəd yaxınlığında kəşfiyyat mərkəzi qurur.

Newscenter.az TASS-a istinadən bildirir ki, Yeni Dehli Assam əyalətinin şimal-şərqində hava-desant və ordu hissələrinin yerləşdirilməsi üçün əsas kəşfiyyat mərkəzinin və onun ilk hərbi bazasının tikintisinə başlayıb.

Bu obyektlərin tikintisi transsərhəd cinayətlərin, bölgədə fundamentalist qrupların fəallığının artması fonunda baş verir.

Assamdakı bazalar Hindistan Ordusuna insan və elektron kəşfiyyat daxil olmaqla, kəşfiyyat şəbəkəsini gücləndirməyə və regionda əməliyyat imkanlarını genişləndirməyə imkan verəcək.

Ekspertlərin fikrincə, Banqladeşdə müvəqqəti hökumət hakimiyyətə gəldikdən sonra ölkənin Hindistana münasibəti kəskin şəkildə dəyişib. Pakistanın yüksək səviyyəli siyasətçiləri və hərbi rəsmilərinin Banqladeşə tez-tez səfərləri Yeni Dehli üçün ciddi narahatlıq mənbəyidir.

Anar Əliyev
Xəbəri paylaş