
Prezident İlham Əliyev Vüqar Vahid oğlu Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Newscenter.az-ın məlumatına görə, bununla bağlı dövlət başçısı Sərəncam imzalayıb.
Sənədə əsasən, Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
XXX
Prezident Elvin Nazim oğlu Paşayevin Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
XXX
Prezident İlham Əliyevin imzaladığı digər sərəncamlara əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayonunda icra başçısı təyin edilib.
XXX
Prezident həmçinin, Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.
Bununla bağlı dövlət başçısı Sərəncam imzalayıb.
Sənədə əsasən, bu vəzifəyə Elxan Oqtay oğlu İbrahimov təyin edilib.
Prezidentin bundan əvvəl imzaladığı Sərəncama əsasən, Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sevinc Mehdiyeva












































