
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
Newscenter.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, görüşün əvvəlində yüksək vəzifəli qonaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını Şavkat Mirziyoyevə çatdırıb.
Şuranın çoxtərəfli təşəbbüslərin əlaqələndirilməsində və təşviqində artan rolu və fəal iştirakı nəzərə alınmaqla, təşkilat daxilində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Söhbət zamanı bu il Budapeşt və Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşlərində Özbəkistan tərəfindən irəli sürülən strateji təkliflərin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Süleyman












































