
Astana ilə Moskva arasında həll olunmayan problem yoxdur.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Rusiyaya dövlət səfəri çərçivəsində Vladimir Putinlə görüşdə deyib.
O bildirib ki, Qazaxıstanla Rusiya arasında əməkdaşlıq faktiki olaraq bütün sahələri əhatə edir, onun potensialı çox böyükdür və iki tərəf arasında həll olunmayan problem mövcud deyil:
"Qazaxıstan-Rusiya münasibətlərinin potensialı böyükdür və bizim birgə səylərimizin sonu yoxdur. Hazırda ölkələrimizin səmərəli əməkdaşlıq etmədiyi sahələr demək olar ki, yoxdur. Qazaxıstan və Rusiya arasında həll olunmayan problem yoxdur. Bu, tərəflərin yüksək məsuliyyət səviyyəsinin və birgə işləməyə səmimi istəyinin bariz nümunəsidir", - deyə Tokayev bildirib.
Mehman Mehdiyev












































