Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı özünü dalana dirəyib

Avropa İttifaqı özünü dalana dirəyib


Avropa İttifaqı respublikanın hakimiyyət orqanları ilə əlaqəni kəsməklə Gürcüstanla münasibətlərini dalana dirəyib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Gürcüstanın “İmedi” telekanalına müsahibəsində bildirib.

O deyib ki, bunu geri qaytarmaq asan deyil:

"Gürcüstanın baş naziri İrakli Kobaxidze dəfələrlə Aİ liderlərini danışıqlara dəvət etsə də, onlar bundan imtina ediblər".

Qeyd edək ki, 2024-cü ilin mayında Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etdi və ölkənin Aİ və ABŞ ilə münasibətləri pisləşməyə başladı. Aİ dəfələrlə Gürcüstan hakimiyyətini qanundan əl çəkməyə çağırıb, lakin hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının liderləri ardıcıl olaraq qanunun məqsədinin Gürcüstanda fəaliyyət göstərən, ölkədə inqilabı qızışdırmağa cəhd edən QHT-lərin maliyyə axınlarının şəffaflığını təmin etmək olduğunu bildirib.

Fuad
Xəbəri paylaş