Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq beynəlxalq platformalarda uğurla inkişaf etdirilir

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq beynəlxalq platformalarda uğurla inkişaf etdirilir


“Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq beynəlxalq platformalarda da uğurla inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatı, BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində tərəfdaşlıq, regionda Azərbaycanın strateji mövqeyini möhkəmləndirir. Bu münasibətlər yalnız ikitərəfli deyil, həm də regional və qlobal geosiyasi əhəmiyyət daşıyır”.

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri, siyasi etimad, iqtisadi inteqrasiya, mədəni-humanitar əməkdaşlıq və beynəlxalq sahədə koordinasiya ilə həm ikitərəfli, həm də regional səviyyədə yüksək strateji əhəmiyyətə malikdir:

“Prezident İlham Əliyevinin Daşkənd səfəri və qarşıdakı görüşlərin bu əlaqələrin daha da dərinləşdirilməsinə, Orta Dəhliz və Mərkəzi Asiya ilə inteqrasiyanın genişlənməsinə və regionda stabil, balanslı və strateji əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyi şübhəsizdir”.

Politoloq onu da qeyd edib ki, energetika sahəsində əməkdaşlıq və yaşıl enerji layihələrinin təşviqi, həmçinin regionda enerji təhlükəsizliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir:

“SOCAR və “Neftegaztexnologiya” birgə müəssisəsi bunun uğurlu nümunəsidir. Eyni zamanda, mədəni və humanitar sahədə qarşılıqlı təşəbbüslər xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfə verir. Regionlararası qardaşlaşma, mədəniyyət günləri və humanitar layihələr bu əlaqələrin xalqlar səviyyəsində də inkişaf etdiyini göstərir”.

Süleyman
Xəbəri paylaş