Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəbhəçilərin İran erməniləri ilə şərikli FB səhifəsi var?

Cəbhəçilərin İran erməniləri ilə şərikli FB səhifəsi var?


"Əbülfəz Elçibəyin siyasət əxlaqından uzaq olan cəbhə tör-töküntülərinin İran erməniləri ilə şərikli bir FB səhifəsi var: HamamTimes. Mətnlər burada hazırlanıb onlara ötürülür. Onlar da dərhal yerləşdirirlər".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Fazil Mustafa deyib. O bildirib ki, son günlər onun adından da təhrif olunmuş fikirləri yayıb müzakirəyə çıxarırlar:

"Bu milliləşmiş erməni köpəkuşaqlarına ən gözəl cavab irəlidə Zəngəzur dəhlizinin açılışı olacaq. Çox məyus olacaqlar bu hamamın içində yaşayıb özlərini təmiz sayanlar. Hiss olunur ki, bu erməni törəmələri ədəbi dilimizi yaxşı bilmirlər, cəbhə tör-töküntülər onların yazılarını korrektə edirlər. Sonra da tökülüşüb təhqiramiz rəylər yazırlar".

Millət vəkili qeyd edib ki, onların içində dövlətimizin, millətimizin üz qaraları, nakam, uğursuz siyasi kimliklər daha qabarıq görünürlər:

"Bir şey sevindiricidir ki, bunların şələsi ancaq hələlik sosial şəbəkə məkanında işləyir! Bu Vətən xainlərinin də ifşasına az qalır! Qarabağı azad etdiyimiz kimi sosial şəbəkəni də milliləşmiş ermənilərdən təmizləməliyik".

Süleyman
Xəbəri paylaş