Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının yeddinci Məşvərət Görüşü keçiriləcək

Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının yeddinci Məşvərət Görüşü keçiriləcək


15-16 noyabr tarixlərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının Yeddinci Məşvərət Görüşü keçiriləcək.

Newscenter.az Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, eləcə də BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze iştirak edəcəklər.

Tədbirin gündəliyinə Mərkəzi Asiyada regional əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də prioritet sahələrdə birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi məsələləri daxildir. Regional və beynəlxalq siyasətin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Məşvərət görüşü nəticəsində çoxşaxəli sənədlərin əhəmiyyətli paketinin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, region dövlət başçılarının müntəzəm məsləhətləşmələrinin keçirilməsi təşəbbüsü Özbəkistan lideri tərəfindən 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-ci sessiyasında irəli sürülüb.

Özbəkistanın bu formatda sədrliyi dövründə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 20-dən çox böyük tədbir keçirilib.

Süleyman
Xəbəri paylaş