Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəbliləri “Bilim Bakı”da təlimlərə cəlb olunur

Paytaxt məktəbliləri “Bilim Bakı”da təlimlərə cəlb olunur



Paytaxt məktəbliləri “Bilim Bakı” mərkəzində müxtəlif dərnəklərə və təlim proqramlarına  cəlb olunur. 
Ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi gənc nəslə XXI əsr bacarıqlarının aşılanmasına, elmi biliklərin təcrübədə tətbiqinə, onlarda texnoloji marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın artırılmasına imkan yaradır.

Newscenter.az xəbər verir ki, əsas məqsəd şagirdlərə məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdan ibarətdir.

“Bilim Bakı” mərkəzində təlimlər “Sahibkarlıq”, “Astronomiya, kosmos və aviasiya”, “Riyaziyyat”, “Dizayn”, “Təbiət elmləri” və “Texnologiya” laboratoriyalarında keçirilir. Təlimlərdə mövzuların hər biri uşaqların yaş qruplarına, dünyagörüşünə və məktəb proqramına uyğun olaraq formalaşdırılır.

Qeyd edək ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı çərçivəsində yaradılıb. 

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş