
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Asiya dövlət başçılarının yeddinci Məşvərət Görüşündə iştirak edəcək.
Newscenter.az xəbər verir ki. bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Mərkəzi Asiya dövlət başçılarının yeddinci Məşvərət Görüşü 15-16 noyabr tarixlərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə Daşkənddə keçiriləcək.
"Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadir Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, eləcə də BMT-nin Mərkəzi Asiya üzrə Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze iştirak edəcəklər",-deyə məluatda bildirilib.
Tədbirin gündəliyinə Mərkəzi Asiyada regional əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də prioritet sahələrdə birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi məsələləri daxildir. Regional və beynəlxalq siyasətin aktual məsələləri ilə bağlı da fikir mübadiləsi aparılacaq.
Süleyman












































