Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Özbəkistana səfər yeni geosiyasi reallıqlar fonunda

Prezidentin Özbəkistana səfər yeni geosiyasi reallıqlar fonunda


"İndiki situasiyada əsas diqqət çəkən məqam yeni geosiyasi reallıqlar fonunda yeni çağırışlara çevik reaksiya vermək imkanlarının artırılmasıdır. Bu baxımdan ölkə rəhbərinin Özbəkistana dövlət səfərinin əsas gündəliyi hesab edirəm məhz bu kontekstdə cərəyan edəcək".

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə Azərbaycan Prezidentinin Özbəkistana nəzərdə tutulan səfərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Vaşinqton görüşü ilə Cənubi Qafqaz vektorunda formalaşan dinamik inkişaf tendensiyası bu yaxınlarda Ağ Evdə Birləşmiş Ştatlar və Orta Asiya ölkələrinin liderlərinin geniştərkibli görüşü ilə iqtisadi aspektdə mahiyyət etibarilə eynilik təşkil edir:

"Birləşmiş Ştatların Xəzər hövzəsi və Orta Asiya regionunda maraqları bəllidir. Bu istiqamətdə qlobal ticarətin yeni mərkəzlərindən birini formalaşdırmaq mümkündür. Səfər çərçivəsində liderlərin əsas fokuslanacağı mövzu da böyük ehtimalla məhz bu çərçivədə olacaq".

Süleyman
Xəbəri paylaş