Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda otlaq sahələri kəndlilərə qaytarılacaq

Qazaxıstanda otlaq sahələri kəndlilərə qaytarılacaq


Qazaxıstanda otlaq sahələri kəndlilərə qaytarılacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu prezident Kasım-Jomart Tokayev deyib. Dövlət başçısı Kənd Təsərrüfatı İşçilərinin İkinci Forumunda çıxış edərək bildirib ki, otlaq torpaqları kənd sakinlərinə və investorlara konkret planla verilməlidir:

"Xalq torpaqdan faydalanmalıdır. Bir neçə il əvvəl qanunsuz əldə edilmiş və inkişaf etdirilməmiş torpaqların geri qaytarılması ilə bağlı konkret tapşırıq vermişdim. Bu gün nazir bu məsələ ilə bağlı məlumat verib. 2022-ci ildən bəri 14 milyon hektardan çox kənd təsərrüfatı torpağı dövlətə qaytarılıb. Torpaqların bunu bacaran və işləmək istəyən vətəndaşlara verilməsi barədə tapşırıq verilib. Lakin bu vacib iş yavaş-yavaş həyata keçirilir".

Tokayev gələn ilin ortalarına qədər dövlətə qaytarılan bütün torpaqların daimi dövriyyəyə buraxılmasını tapşırıb.

Şeyda Məmmədova
Xəbəri paylaş