
Cari il sentyabrın əvvəlindən Qazaxıstanda təxminən 1,27 milyon nəfərdə SARS virusuna yoluxma halı qeydə alınıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə sanitar-epidemioloji nəzarət komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 19% az olsa da, lakin müəyyən karantin tədbirlərinin görülmnəsinə ehtiyac var.
Ölkədə SARS virusunun yayılmasına baxmayaraq Təhsil Nazirliyi məktəblərdə karantin rejiminin tətbiq edilməsinə ehtiyac görmür.
Nazirlik əlavə edib ki, məktəblərdə yoluxma nisbəti karantin limitlərini aşmır. Bildirilib ki, məktəblərdə tədris davam edir, maska rejimi tətbiq edilməyib. Lakin kütləvi tədbirlər müvəqqəti olaraq qadağan olunacaq.
"Yalnız fövqəladə vəziyyət və əlverişsiz hava şəraitində onlayn tədris təhsil şöbəsinin qərarı ilə həyata keçiriləcək", - deyə Təhsil Nazirliyi bildirib.
Şeyda Məmmədova











































