Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya "hibrid müharibə" üsulları ilə Azərbaycanın müstəqil siyasət yürütməsini əngəlləyə bilməz.

Rusiya "hibrid müharibə" üsulları ilə Azərbaycanın müstəqil siyasət yürütməsini əngəlləyə bilməz.


"Azərbaycanın Ukraynadakı səfirliyinin növbəti dəfə Rusiyanın hücumunun hədəfinə çevrilməsi və “İsgəndər” raketinin qəlpələrinin səfirliyimizin binasına xəsarət yetirməsi əsla təsadüf ola bilməz. Beynəlxalq konvensiyalara görə diplomatik nümayəndəliklər heç bir halda zərbə hədəfinə çevrilməməlidir. Paradoksal hal budur ki, Rusiya da həmin konvensiyalara qoşulub, lakin konvensiyaların müddəalarına əməl etmək əvəzinə, barbarlığa yol verir".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O qeyd edib ki, Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Azərbaycanın Kiyevdəki səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını haqlı olaraq pisləyib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb:

"Bu hücum bir daha onu göstərir ki, Rusiya beynəlxalq hüquqa yox, yalnız qaba güc və hegemonluq anlayışına üstünlük verir. Bu da neoimperializmin acı reallığıdır. Lakin ədalət anlayışını heç kim inkar edə bilməz. Ədalət isə istənilən cinayətin cəzalandırılmasını tələb edir".

Komitə sədri deyib ki, Rusiya da Ukraynaya qarşı işğalçı siyasətinin bədəlini mütləq ödəyəcək:

"Səfirliyimizin binasının zərbə hədəfinə çevrilməsinə görə də məhz Rusiya tərəfi məsuliyyət daşıyır. Rəsmi Moskva Azərbaycanın Kiyevdəki səfirliyinə qarşı növbəti hücumunun motivlərinə aydınlıq gətirməli və səfirliyin binasına dəymiş ziyana görə kompensasiya ödəməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bu hadisə ilə bağlı Rusiyaya nota verməsi düzgün addımdır".

Əlisahib Hüseynovun qənaətincə, bu notadan sonra yəqin ki, Kreml öz aqressiv hərəkətlərinə çəki-düzən vermək barədə düşünməyə başlayacaq:

"Rusiyanın həm Ukraynadakı səfirliyimizin binasını, həm də Azərbaycanla əlaqəli digər obyektləri hədəf alması ilk dəfə deyil. 8 noyabrda Bakıda keçirilən möhtəşəm Zəfər paradından sonra Rusiyanın növbəti dəfə "ayı siyasəti"nə əl atması, onun Azərbaycanın güclənməsini və Cənubi Qafqazda əsas söz sahibinə çevrilməsini heç cürə həzm edə bilmədiyini göstərir. Lakin Rusiyanın bu cür qaba siyasəti onun öz əleyhinə işləyir. Rusiya bu cür "hibrid müharibə" üsulları ilə Azərbaycanın müstəqil siyasət yürütməsini əngəlləyə bilməz".

Süleyman
Xəbəri paylaş