
Cənubi Koreya prezidenti ABŞ-la tariflər və təhlükəsizlik məsələləri üzrə danışıqların yekunlaşdığını elan edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Cənubi Koreya lideri iki ölkə tərəfindən iki sammitdə razılaşdırılmış müddəaların daxil olduğu brifinq sənədin tamamlandığını vurğulayıb.
Cənubi Koreya və ABŞ arasında investisiyası ilə bağlı anlaşma memorandumunu tezliklə imzalanacağı bildirilir.
Məlumatda oktyabrın 29-da keçirilmiş sammitdə əldə edilmiş və əvvəllər elan edilmiş əsas razılaşmalar bir daha vurğulanır. Konkret olaraq, Cənubi Koreya Amerika gəmiqayırma sənayesinə 150 milyard dollar və anlaşma memorandumunda göstəriləcək sahələrə əlavə 200 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Bu sərmayələr müqabilində ABŞ Cənubi Koreya avtomobillərinə tətbiq edilən rüsumları 15%-ə endirəcək.
Şeyda












































