
Rusiyada yumurtanın topdansatış qiyməti aşağı düşüb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi açıqlama verib.
Nazirlik həmçinin bildirib ki, ilin əvvəlindən Rusiyada quş əti istehsalı artıb. 2025-ci ilin doqquz ayında kənd təsərrüfatı müəssisələri ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% artımla 30 milyarddan çox toyuq yumurtası istehsal edib.
Qeyd edək ki, Rusiyada quşçuluq təsərrüfatlarına dəstək üçün bir sıra tədbirlər, o cümlədən güzəştli qısamüddətli və investisiya kreditləri mövcuddur. Bundan başqa, yumurta və ət istehsalı üçün ilkin və ikinci dərəcəli quşçuluq təsərrüfatlarının tikintisinə çəkilmiş birbaşa xərclərin müəyyən hissəsi üçün kompensasiya nəzərdə tutulur ki, bu da obyektin dəyərinin 25%-ni təşkil edir”, - deyə nazirlikdən bildiriblər.
Şeyda Məmmədova











































